Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşkənd:Azərbaycanlı rektorun çıxışı 20 ölkə nümayəndələrinin böyük marağına səbəb oldu...

Daşkənd:Azərbaycanlı rektorun çıxışı 20 ölkə nümayəndələrinin böyük marağına səbəb oldu...

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərovun çıxışı FAO-nun bu beynəlxalq konfransında böyük maraqla gözlənilirdi. Əvvəla, son illər Azərbaycanda aqrar sahəyə dövlət səviyyəsində göstərilən diqqət və qayğı Özbəkistanın paytaxtı Daşkəndə- BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən “Mərkəzi Asiyada Torpaqqoruyucu və Resursqoruyucu Strategiyanın Təşviqi” mövzusunda beynəlxalq konfransa toplaşanları çox maraqlandırırdı. Digər tərəfdən son illər universitetdə yaradılan yüksək şərait və kadr hazırlığı ilə bağlı görülən işlər haqqında rektorun dilindən eşitmək təbii ki, maraqlı idi.

Sentyabrın 5-dən 7-nədək keçirilən və 20 ölkənin nümayəndələrinin iştirak etdiyi konfransda Azərbaycandan gələn rektorun, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun “Azərbaycanın kənd təsərrüfatı bu gün: reallıqlar, perspektivlər” mövzusunda məruzəsi böyük marağa səbəb oldu. Məruzədə ölkəmzidə aqrar islahatlar, aqrar sahəyə və aqrar təhsilə dövlət dəstəyi, torpaqların mühafizəsi, torpaqqoruyucu və resursqoruyucu texnologiyaların tətbiqi və digər məsələlər konfrans iştirakçılarına çatdırıldı, suallar cavablandırıldı. Rektorun «сənab Prezidentimiz İlham Əliyevin aqrar sahəyə, o cümlədən həmin sahə üçün mütəxəssislər hazırlayan universitetimizə yüksək diqqəti və qayğısı olmasaydı yəqin ki, mən də bu gün bu konfransa gəlməyəcəkdim. Çünki belə mötəbər məclisdə gərək uğurlardan danışasan, həmkarlarınla iş təcrübəni böləsən» deməsi də Azərbaycanda bu sahəyə olan dövlət qayğısını bir daha sübut edirdi.       

Konfrans kənd təsərrüfatının davamlı inkişafı, deqradasiyaya uğramış torpaqların bərpası, kənd təsərrüfatının mühafizəsi və su resurslarının idarə olunması, mühafizə olunan kənd təsərrüfatına uyğun maşınların tətbiqi mövzularının müzakirəsinə həsr olunmuşdu.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

7 2018 16:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə