Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AĞSTAFA:ali məktəblərə daxil olanlar təntənə ilə qarşılandı...

AĞSTAFA:ali məktəblərə daxil olanlar təntənə ilə qarşılandı...

Ağstafa Rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun ümumtəhsil məktəblərindən bu il ali məktəblərə daxil olmuş gənclərlə görüş keçirib. Mədəniyyət Mərkəzində keçirilən görüşdə İcra hakimiyyəti başçısı aparatının, təhsil şöbəsinin məsul işçiləri, müəllimlər, valideynlər, tələbə adını qazanmış gənclər və eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.       

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı əvvəlcə tələbə adını qazanmış gəncləri, valideynləri təbrik etmiş,  onların üzərində əməyi olan hər bir müəllimə dərin təşəkkürünü bildirmişdir. Məhərrəm Quliyev ölkəmizdə elmin və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından geniş söz açmış və demişdir ki, milli təhsil sisteminin qurucusu ulu öndərimiz Heydər Əliyev bu sahəyə xüsusi həssaslıqla yanaşmış və daim yüksək qayğı göstərmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə təhsilinin inkişafı ən yüksək səviyyəyə çatdırılmışdır. Ölkəmizin hər yerində olduğu kimi Ağstafa rayonunda da ümumtəhsil məktəbləri, hətta ən ucqar kəndlərdə, o cümlədən cəbhə bölgəsindəki kəndlərdə əsaslı təmir olunur, ən müasir tələblərə cavab verən yeni-yeni təhsil ocaqları tikilib istifadəyə verilir.         

Sonra tələbə adını qazanmış Əfsun Hüseynov, Aybəniz İsmayılova, Tuqay Əsgərli, müəllim və valideynlər çıxış edərək onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirmişlər.

Rayon ictimaiyyətinin nümayəndələri Misir Həsənov, İbrahim Əliyev və digərləri öz çıxışlarında tələbələrə ürək sözlərini və tövsiyələrini çatdırmışlar.

Tədbirdə bu il Ağstafa rayonundan ən yüksək bal toplamış tələbələrə rayon icra hakimiyyəti başçısının müvafiq fəxri fərmanı və hədiyyələri təqdim olunmuşdur. 

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

 

 

7 2018 16:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə