Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aİİ-ni ziyarət edib

Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Aİİ-ni ziyarət edib

Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət edib. Bu barədə məlumat institutdan verilib.

Aİİ-nin rektoru Ceyhun Məmmədov səfiri salamlayaraq,  ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Rektor, Azərbaycanda əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkə prezidenti İlham Əliyevin müsəlman ölkələri və İslam Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini vuğulayan rektor, ötən ilin ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildiyini bildirib.  Ceyhun Məmmədov Aİİ  haqqında ümumi məlumat verərək, institutun fəaliyyəti, məqsəd və vəzifələri, hədəfləri haqqında danışıb. Rektor, ilk dəfə olaraq islamşünaslıq və dinşünaslıq sahələri üzrə tələbə qəbulu həyata keçirən Aİİ-də gələcəkdə yahudilik və xristianlıqla bağlı ixtisasların da açılacağını qeyd edib. C.Məmmədov cənab Səfirə məlumat verib ki, qəbul olan tələbələr müasir sosial elmlərin metodları əsasında İslamla yanaşı, digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları, həmçinin, dini elmlərlə yanaşı fəlsəfə, sosiologiya, psixologiya, multikulturalizm və s. sosial və humanitar elmlərini də öyrənmək imkanına malik olacaqlar.

Ceyhun Məmmədov institutun fəaliyyətində müxtəlif dünya ölkələrinin aparıcı ali təhsil müəssisələrinin təcrübələrindən faydalanacaqlarını bildirib. Aİİ-nin Qafqazda, eləcə də dünyada qabaqcıl təhsil müəsisəsi olmağı qarşısına məqsəd qoyduğunu bildirən rektor gələcəkdə rus, ingilis və ərəb dillərində qrupların açılacağını, həmçinin xarici ölkə, o cümlədən ərəb ölkələri vətəndaşlarının  institutda təhsil alma imkanına malik olacağını qeyd edib.

Sonra Fələstinin ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Nasir Əbdül Kərim Azərbaycanda belə bir təhsil müəssisəsinin fəaliyyətə başlamasını böyük məmnunluqla qarşılayıb. Aİİ-nin məqsəd və hədəflərini yüksək qiymətləndirən səfir instituta fəaliyyətində uğurlar arzulayıb. O, təhsil müsəsisəsində islamla yanaşı, digər dünya dinlərinin tədris edilməsini, o cümlədən fəlsəfə, sosiologiya, məntiq, tarix kimi dünyəvi fənlərin keçirilməsini böyük maraqla qarşılayıb.

Daha sonra Səfir institutun kitabxanasını ziyarət edib. Kitabxana fondunun zənginliyindən heyranlığını ifadə edən səfir ərəb dilində olan ədəbiyyata xüsusi diqqət yetirib. Cənab Nasir Əbdül Kərim kitabxana fondunun zənginləşdirilməsi üçün əlindən gələni edəcəyini bildirib.

 

“Xalq qəzeti”

 

7 2018 16:46 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə