Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Toxumlarının sertifikatlaşdırılması məqsədi ilə monitorinqlər həyata keçirilir

Bu il toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunub kondisiyaya çatdırılmış, dənli-taxıl bitkilərinin  toxumların dağlıq və dağətəyi, o cümlədən aran bölgələrində istehsalçı fermerlərə optimal müddətdə satılması məqsədi ilə sertifikatlaşmaya hazır toxumlara baxış keçirilməsinə başlanılıb.

Avqustun 17-dən başlayaraq Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və yerli qurumların mütəxəssislərinin iştirakı ilə 27 nəfərdən ibarət  9 monitorinq qrupu 12 Regional Toxum Sertifikatlaşdırma Mərkəzinin xidmət göstərdiyi 44 rayonun toxumçuluq  təsərrüfatlarında  monitorinq həyata keçirib.

Dövlət Xidmətinin mütəxəssisləri Quba Reğional Toxum Sertifikatlaşdırma Mərkəzinin əhatə etdiyi rayonlarda toxumcu fermerlərin iştirakı ilə (Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran) 38 toxumculuq təsərrüfatlarına toxumun anbarda saxlanılmasına, qablaşdırımasına, etiketlənməsinə, dərmanlanmasına, kondisiyaya catdırılmasına baxış keçirilib. Kondisiyalı toxumlara baxış zamanı Quba RTSM üzrə 5509 ton ( 38 təsərrüfatda) təmizlənmiş toxum qeydiyyata alınıb. Qeydiyyata alınmış toxum partiyalarından  müvafiq  RTSM-nin mütəxəssisləri tərəfindən laboratoriya analizləri üçün işçi və dublikat nümunələr götürülüb. Hazırda toxumların keyfiyyət analizləri davam edir.

 Diğər bölğələrdə monitorinqlər davam etdirilir.

                                      

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

7 2018 15:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə