Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab”

 “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Azərbaycan Xalq Cümhuriyyəti: 100 sual, 100 cavab” kitabını nəşr edib. www.science.gov.az saytı yazır ki, kitab Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi və 2018-ci ilin ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında sərəncamları ilə açılır.

Nəşrin tərtibçisi Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, elmi redaktoru Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, AMEA Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Anar İsgəndərlidir.

Kitabda AXC-nin tarixi, qurucuları, dövlət atributları, qəbul etdiyi qanun və qərarları, ən mühüm hadisələrin xronologiyası qısa şəkildə verilməklə yanaşı, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Cümhuriyyət haqqında fikirləri də əksini tapıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

7 2018 15:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə