Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

EİF-da elmin aktual problemləri müzakirə olunub

Bioinformatika sahəsində tanınmış alim, İngiltərə Tibb Tədqiqatları Şurasının Kembricdə yerləşən Molekulyar Biologiya Laboratoriyasının Hesablama struktur biologiyası qrupunun rəhbəri, AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, professor Qərib Mürşüdov Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunda olub.

www.science.gov.az saytı yazır ki, fondun icraçı direktoru Elçin Babayevin iştirakı ilə keçən görüşdə elmdə müasir meyllər, elmin maliyyələşdirilməsinin mexanizmləri, elmi tədqiqatların təşkili, beynəlxalq əlaqələr, kadr hazırlığı və bu kimi məsələlər müzakirə edilib, elmi diasporanın rolu üzrə fikir mübadiləsi aparılıb.

Bu cür məsləhətləşmələrin mütəmadi olaraq baş tutması barədə ümumi razılıq əldə olunub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

 

 

 

                                     

 

7 2018 15:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə