Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə Azərbaycan dilinin təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilir

Ölkəmizdə Azərbaycan dilinin təbliği məqsədilə mühüm tədbirlər həyata keçirilir

Naxçıvan Bölməsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu və professor Adil Babayevlə görüş keçirib.

www.science.gov.az saytının məlumatına görə, əvvəlcə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Azərbaycan dilinin saflığının qorunması və inkişafı istiqamətində ölkəmizdə həyata keçirilən islahatlardan danışıb. Azərbaycan dilinin dünya dilləri sırasında layiqli yer tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərini diqqətə çatdıran dilçi alim ulu öndərin həyata keçirdiyi milli dil siyasəti, dilimizin dövlət dili statusu alması, Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirilən məqsədyönlü tədbirlər və bu sahədə imzalanan mühüm dövlət sənədlərindən bəhs edib.

Akademik Möhsün Nağısoylu çıxış edərək Azərbaycan dili və dilçilik elminin qarşısında duran əsas hədəflərdən bəhs edib. Bildirib ki, tariximizin ən şanlı qürurverici səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyəti dövründə ölkədə milli dəyərlərimizin təbliği, Azərbaycan dilinin dövlət dili elan edilməsi kimi mühüm işlər görülüb. O, 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edən ümummlli lider Heydər Əliyevin cəsarəti, qətiyyəti, iradəsi sayəsində dilimizin dövlət dili olması tələbi ilə məsələ qaldırdığını və 1978-ci ildə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyamızın 73-cü maddəsində öz əksini tapdığını diqqətə çatdırıb.

Alim 2001-ci il iyunun 18-də ümummilli lider tərəfindən “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, 2001-ci il avqustun 9-da isə “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” imzalanan sərəncamları xatırladıb. Bildirib ki, həmin sənədə əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dilçi alim rəhbərlik etdiyi institutun əməkdaşlarının ana dilimizlə bağlı həyata keçirdikləri tədbirlərdən və qarşıda duran vəzifələrdən söz açıb.

Professor Adil Babayev isə çıxışında dilimizlə bağlı aktual mələlələrə toxunub. Sonda dilçi alimlər bölmə əməkdaşlarının suallarını cavablandırıblar.

 

Əlipənah BAYRAMOV,
"Xalq qəzeti”

7 2018 15:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə