Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azad Rəhimov Minskdə II Avropa Oyunlarına hazırlıqla bağlı müzakirədə iştirak edir

Azad Rəhimov Minskdə II Avropa Oyunlarına hazırlıqla bağlı müzakirədə iştirak edir

Gələn il Minsk şəhərində keçiriləcək II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədi ilə Koordinasiya Komissiyasının sayca 2-ci iclası öz işinə başlayıb. İki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir. Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Komissiyanın iclasında II Avropa oyunlarına bir ildən az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş informasiyanın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış- bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər proqramı və digər mühüm məsələlər müzakirə olunur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

7 2018 15:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə