Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

5-ci Beynəlxalq Yoqa Günü münasibətilə Şamaxı rayonunda Hindistan Səfirliyi tərəfindən yoqa tədbiri keçirilmişdir

5-ci Beynəlxalq Yoqa Günü münasibətilə Şamaxı rayonunda Hindistan Səfirliyi tərəfindən yoqa tədbiri  keçirilmişdir

Hindistanın Bakıdakı Səfirliyi Şamaxı Rayon İcra Hakimiyyəti və Yoga Şahi Studio ilə birgə əməkdaşlıq çərçivəsində  24 iyunda Şamaxı rayonunun Yusif Məmmədəliyev qəsəbəsində Şamaxı Astrofızika Rəsədxanasına yaxın ərazidə yerləşən ‘Fortuna’ İstirahət Mərkəzində Beynəlxalq Yoqa Gününə həsr olunmuş yoqa tədbirini həyata keçirib. Açıq havada təşkil olunan yoqa tədbirində 150-dən çox adam iştirak edib.

Tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin Başcısı Tahir Məmmədov açıq elan edərək müasir dövrdə insanlar arasında populyarlıq qazanan yoqanın insan həyatında fiziki və mənəvi sağlamlıq üçün böyük rol oynadığını qeyd edib. Daha sonra Hindistan Respublikasının Azərbaycandakı səfiri Vanlalvavna Bavintlunq çıxış edərək tədbirin keçirilməsindən məmnunluğunu bildirib və qeyd edib ki,  bu cür tədbirlər xalqlar arasındakı mədəniyyət körpüsü rolu oynayır. O, həmçinin tədbirlərin keçirilməsinə böyük dəstək verən Azərbaycan Hökümətinə dərin minnətdarlığını bildirib.

Seans zamanı iştirakçılar Yoqa Şahi studiosunun təlimçisi Sabina Şahi tərəfindən göstərilən müxtəlif  yoqa hərəkətləri vasitəsilə gündəlik həyatda yaşanan problemlərin yaratdığı gərginliklərdən xilas olmağın yollarını öyrəniblər.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

27 2019 15:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə