Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması münasibətilə həyata keçirilən tədbirlər

5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması münasibətilə həyata keçirilən tədbirlər

Əsası Hindistanda qoyulan,qədim fiziki, əqli və mənəvi təlim hesab edilən yoqa ilə hal-hazırda bütün dünyada müxtəlif formalarda məşğul olunur və yoqanın populyarlığı artmaqda davam edir.Birləşmiş Millətlər Təşkilatının 11 aprel 2014-cü il tarixli bütün dünyaya müraciəti ilə, 21 iyun Beynəlxalq Yoga Günü elan edildi. O gündən etibarən, 21 iyun bütün dünyada Beynəlxalq Yoqa Günü kimi qeyd olunur. Beynəlxalq Yoqa Gününün keçirilməsində əsas məqsəd yoqa təliminin bir çox faydalarını bütün dünyaya agah etməkdir.

5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması münasibətilə Hindistanın Bakıdakı Səfirliyi  Bakının müxtəlif yerlərində və həmçinin Qəbələ, Qobustan, Lənkəran və Şamaxı kimi regionlarda 12 böyük yoqa tədbiri təşkil etdi. Azərbaycan Respublikası Höküməti Beynəlxalq Yoqa Gününün qeyd olunmasına böyük dəstək verdi. 5-ci Beynəlxalq Yoqa Gününün qeyd olunması münasibətilə həyata keçirilən tədbirlər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun Administrasiyasının fəal dəstəyilə 10 iyun tarixində İçərişəhər Qız Qalasının qarşısında təşkil edilən yoqa sessiyası ilə başladı. 2-ci yoqa tədbiri 14 iyun tarixində “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda təşkil olundu.Bakıdaki digər tədbirlər 16 iyun tarixində Bakı Bulvarında, 21 iyun Atəşgah məbədində və Bakı Gənclər Mərkəzində, 23 iyun isə Yanardağda təşkil olundu. Ən böyük tədbir isə 22 iyun axşam saatlarında ecazkar Heydər Əliyev Mərkəzinin parkında həyata keçirildi.

Qəbələ, Lənkəran və Şamaxı Şəhər İcra Hakimiyyətləri öz şəhərlərində keçirilən yoqa tədbirlərini dəstəklədilər və fəal şəkildə iştirak etdilər. Qəbələ şəhərində 15 iyun tarixində təşkil olunan yoqa tədbirində İcra Hakimiyyətinin başçısı  Səbuhi Abdullayev də iştirak etdi. 16 iyun Qobustan Dövlət Qoruğunda təşkil olunan yoqa tədbirində qoruğun direktoru Vüqar İsayev iştirak etdi. Lənkəran şəhərində 19 iyun tarixində təşkil olunan yoqa tədbirində İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak etdi.2019-cu ildə 5-ci Beynəlxalq Yoqa Gününə həsr olunmuş yoqa tədbirlərinin ən axırıncısı 24 iyun 2019-cu il Şamaxı şəhərində təşkil olundu və tədbirdə İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov iştirak etdi.

Bu il təşkil olunan 11 yoqa tədbirində 2000-dən çox yoqa həvəskarı iştirak etdi.Yoqa tədbirlərini Yoqa Şahi Studiosundan Anar bəy və Sabina xanım, Soham Yoqa Məktəbindən Preeti bəy Ullas, Art of Living təşkilatından Kənan Məmmədov və Şivananda Yoqa təşkilatından Elçin Quliyev idarə etdilər.

 

Afət  Sadıqoğlu,
“Xalq qəzeti”

27 2019 11:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə