Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu küçədə rənglənmə işi aparılacaq

Bu küçədə rənglənmə işi aparılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsiməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. İşlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında belə deyilir.

 Sürücülərdən rənglənmə işlərinin aparılmasına mane olmamaları üçün qeyd olunan müddət ərzində prospektdə Dənizkənarı Bulvar boyunca avtonəqliyyat vasitələrini park etməmələri, bundan başqa prospektdə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

7 2018 15:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
27 Fevral 2020 | 16:07
Xocalı–28
27 Fevral 2020 | 12:51
“Azərişıq”da yenilik

Köhnə versiyamızdan xəbərləri izlə