Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Komitənin sosial şəbəkələri və internet resursları üzərindən hərracı izləmək imkanı

Komitənin sosial şəbəkələri və internet resursları üzərindən hərracı izləmək imkanı

Şəffaflığı və əlçatanlığı təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hər kəs üçün hərracları canlı izləmək imkanı yaradılıb. Belə ki, istənilən şəxs komitənin sosial şəbəkə səhifələri və digər internet resurslarından keçid etməklə açıq hərracları qeydiyyatsız formada izləyə bilər. Burada hərraca çıxarılmış lotun adı, start və cari qiyməti, eləcə də təkliflərin irəli sürülməsi canlı nümayiş olunur.

Eyni zamanda Elektron hərrac sistemi ilə dövlət əmlaklarının sifarişçilərinə də rahat iştirak imkanları təklif edilir. Hərrac keçirildiyi gün iştirak statusu olanlar da məkana getmədən prosesə canlı formada qatılaraq seçdiyi dövlət əmlakını özəlləşdirə bilər. Bunun üçün iştirakçı komitənin Elektron Xidmətlər Potalından (e-emdk.gov.az) Elektron hərrac bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 25 iyun tarixində dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac reallaşıb. Vətəndaşların fəallığı budəfəki hərracda rəqabətli mühiti təmin edib. Belə ki, 29 dövlət əmlakı üzrə ümumilikdə 71 sifariş verilib. 16 vətəndaş isə hərracda iştirak üçün sifarişini onlayn formada edib. İstehsal illəri 1994-2010 olan nəqliyyat vasitələri Nissan, Fiat, Volkswagen və digər markalara aiddir. Qeyd edək ki, avtomobillərdən 18-i rəqabətli hərracda özəlləşdirildi.

Ən yüksək rəqabət buraxılış tarixi 2008 olan Toyota Corolla markalı nəqliyyat vasitəsinin hərracında müşahidə olundu. Belə ki, bu avtomobilə sahib olmaq istəyən 8 nəfərin aktiv iştirakı ilə ilkin hərrac qiyməti 6 min manat olan dövlət əmlakı 9 min 300 manata özəlləşdirildi.

Qeyd edək ki, komitə tərəfindən növbəti hərrac iyulun 2-si keçiriləcək. Özəlləşməyə çıxarılan 85 dövlət əmlakından 19-u səhmdar cəmiyyəti, 37-si kiçik dövlət müəssisəsi, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 16-sı nəqliyyat vasitəsi, 1-i isə yarımçıq tikilidir. Hərraclara çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifarişçi statusu qazanmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

25 2019 17:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə