Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qlobal Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilmişdir

“Qlobal Ərzaq Təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilmişdir

İtaliyanın Azərbaycan Respublikasındakı Səfirliyi, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin(ARKTN) təşkilatçılığı  ilə  İtalya Respublikasının Elm gününə həsr edilən” Qlobal ərzaq təhlükəsizliyində Bitki Genetik Ehtiyatlarının rolu” mövzusunda seminar keçirilmişdir. Seminarı giriş sözü ilə  AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova açaraq seminarın əhəmiyyəti, İtaliya və Azərbaycan respublikalarının geniş əlaqlərindən, xüsusilə son illərdə elmi əlaqələrin genişlənməsindən danışmışdır.  Akademik İ. Hüseynova seminarın mövzusunun hər iki respublika və dünya üçün əhəmiyyətini xüsusilə vurğulamış və gələcəkdə bitki genetik ehtiyatlarının kompleks öyrənilməsi və onlardam istifadə etməklə daha məhsuldar və keyfiyyətli sortların yaradılmasının  vacibliyinin diqətə çatdırmışdır.

İtaliya Respublikasının Azərbaycandakı səfiri Auqusto Massarı İtaliyanın Elm gününün keçirilməsinə  verdiyi dəstəyə görə AMEA və ARKTN-nin rəhbərəliyinə  təşəkkür etmiş və seminarın  hər iki ölkənin genetika, genomika, bioinformatika və seleksiya sahəsində çalışan alimlərin bir-birlərini  daha yaxından tanımasına və yeni əməkdaşlıq istiqamətlərinin yaradılmasına  təkan verəcəyini bildirmişdir. Səfir bildirmişdir ki, tədbirə İtaliyanın tanınmış alimləri, professor Luigu Cattivelli və Dr.Marcello Cutulinin dəvət edildiyini və onların həm İtaliyada və həm də  dünyada tanınmış alimlərdən olduğnu diqqətə çatdırmışdır.  Səfir İtalian alimlərinin Azərbaycanlı həmkarları ilə müvafiq istiqamətlərdə  müzakirələr apadığını bildirmiş və AMEA Genetik Ehtiyatlar İnstitutu ilə birgə tədqiqatların aparılacağını və kadr hazırlığı sahəsində sıx əməkdaşlıq edəcəklərini vurğulamışdır.

ARKTN-yi  yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev də tədbir iştiakçılarını salamlamış, ARKTN-nin müvafiq elimi tədqiqat institutlarının tədrdə iştrkımı yüksək qiymətləndirmiş və ARKTN-də elmi tədqiqat sahəsində aparılan islahatlar haqqında məlumat vermişdir.

Seminarda İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinfarmatika üzrə Tədqiqat Mərkəzinin direktoru, professor Luigi Cattivelli “Bərk buğdanın genetik müxtəlifliyi üzrə qlobal platforma”, AMEA Genetik Ehtiyatlar İnstitutunun diektoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov “Azərbaycan bitki genetik ehtiyatlarının biomüxtəlifliyi”, İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının tədqiqatçısı Dr.Marcello Cutuli “Keçən əsrdə  şaftalı bitkisinin seleksiysında əldə olunan nailiyyətlər və gələcək perspektivlər”, AMEA Genetik Ehtiyatlar

 İnstitutunun Meyvə bitkiləri şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Mirzə Musayev isə “Azərbaycanda meyvə bitkilərinin seleksiyası: problemlər və perspektivlər” mövzusunda  məruzə ilə çıxış etmişlər. Məruzələrdən sonra birgə layihələrin hazırlanması və əməkdaşlığın genişləndirilməsi  üzrə müzakirələr keçirilmişdir.

Seminrda AMEA-nın və ARKTN-nin müvafiq elmi tədqiqat institutlarından 150-dən artıq mütəxəssis iştirak etmişdir.

Tədbirin sonunda AMEA Genetik Ehtiyatlar İnstitutu ilə İtaliyanın Aqrar Tədqiqatlar və Aqrar İqtisadiyyatın analizi üzrə Şurasının Genomika və Bioinformatika üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

 

Afət Sadıqoğlu,
“Xalq qəzeti”

25 2019 14:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə