Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İtaliyada II Azərbaycan Film Festivalı başa çatıb

İtaliyada II Azərbaycan Film Festivalı başa çatıb

Romanın "Villa Borghese” parkındakı tarixi "Casa del Cinema” kino evinin "Teatro all’aperto Ettore Scola” açıq səma altında teatrında keçirilən rəsmi açılışı və "Arşın mal alan” filminin nümayişi ilə başlayan II Azərbaycan Film Festivalı öz işini yekunlaşdırıb.

Festivalın ikinci günü Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş, baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva olan "Son iclas” bədii-sənədli filminin nümayişi ilə başlayıb.

Filmin nümayişindən əvvəl çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Romanın Sapienza Universitetinin dosenti, Azərbaycan Xalq Cümhuriyyətinin tarixi üzrə bir sıra kitabların, o cümlədən ötən ay təqdim olunmuş "Azərbaycanın beynəlxalq tarixi (1919-1920)" adlı kitabın müəllifi Danile Pommier Vinçelli və həmin universitetin professoru, türkoloq Fabio Qrassi müsəlman aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, mövcud olduğu qısa müddət ərzində bu il 100 illiyi qeyd olunan Azərbaycanın diplomatik xidmətinin yaranması da daxil olmaqla, ölkəmizin dövlətçilik tarixinə, sosial-siyasi həyatına gətirdiyi yeniliklər, Cümhuriyyətin süqutunu şərtləndirən səbəblər, respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra keçdiyi tarixi yol və əldə etdiyi nailiyyətlər barədə danışıblar.

"Son iclas” bədii-sənədli filmi barədə məlumat verən natiqlər bu ekran əsərinin Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq saldığı və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirdiyini, İtaliya tamaşaçısının Azərbaycan tarixinin bu vacib dövrü barədə məlumatlandırılması üçün əhəmiyyətini bildiriblər.

Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Roma şəhər Meriyası, "Casa del Cinema”, "Zetema”, "RAI Cinema” kimi qurumların təşkilatçılığı ilə keçirilən və media tərəfdaşları "Askanews” xəbər agentliyi, AZƏRTAC, AzTV, və "AzerbaijanNews” xəbər portalı olan festivalın ikinci günü, eləcə də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilən, ssenari müəllifləri İlham Nəcəf və Asif Rüstəmov, rejissoru İlham Nəcəf olan "Nar Bağı” filmi də nümayiş etdirilib.

Festivalın sonuncu – üçüncü günü quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa olan "Üçüncü günün adamı” bədii filminin nümayişi ilə başlayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 12:09 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə