Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin sayı açıqlanıb

"Bu gün Azərbaycanda fəaliyyət göstərən 11 özəl ali təhsil müəssisəsində 18 min tələbə təhsil alır".

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov "Təhsilin biznesi sektoru forumu - mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda deyib.

Nazir müavini bildirib ki, orta ixtisas təhsili sahəsində cəmi 4 özəl təhsil müəssisəsi mövcuddur: "Orada 4 min tələbə təhsil alır. Ən aşağı göstərici peşə təhsilindədir. Ölkədə cəmi bir özəl peşə məktəbi var. Yəqin ki, bundan sonra özəl təhsil müəssisələrinin yaradılması işi sürətlənəcək".

F.Qurbanov əlavə edib ki, təhsilin bütün pillələrində özəl təhsil müəssisələri uğurla fəaliyyət göstərirlər: "Bunlar ən çox ümumtəhsil və ali təhsil sistemindədir. Son dövrlər məktəbəqədər təhsildə özəl sektorun inkişafına xüsusi diqqət yetirilir. Belə ki, son 5 ildə onların sayı əhəmiyyətli dərəcədə artıb. Yəni 5 il bundan öncə məktəbəqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür".

O qeyd edib ki, bütün sahələrdə olduğu kimi təhsildə də sahibkarlığa və innovasiyalara xüsusi diqqət yetirilməlidir: "Müasir dövrdə təhsil müəssisələrində təkcə nəzəri biliklər yox, eyni zamanda praktiki bacarıqlar formalaşdırılmalıdır. Ona görə də təhsil müəssisələrində müxtəlif sahələr üzrə müəyyən istehsal sahələri yaradıla bilər və qanunvericilik də buna imkan verir".

 

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”

25 2019 12:06 - TƏHSİL
TƏHSİL
17 Sentyabr 2019 | 12:12
Yeni dərs ili başlandı

Köhnə versiyamızdan xəbərləri izlə