Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Monteneqroda “Azərbaycan xalq musiqisi və rəqsləri” adlı mədəniyyət tədbiri keçirilib

Monteneqroda “Azərbaycan xalq musiqisi və rəqsləri” adlı mədəniyyət tədbiri keçirilib

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzi Monteneqro Xalq Teatrında “Azərbaycan xalq musiqisi və rəqsləri” adlı tədbir təşkil edib. Bu barədə Mədəniyyət Nazzirliyinin rəsmi saytı məlumat yayıb.

Tədbirdə Monteneqronun dövlət və hökumət rəsmiləri, parlament üzvləri, mədəniyyət və incəsənət xadimləri, diplomatlar, mətbuat nümayəndələri iştirak ediblər.

Konsertdə tarzən, Əməkdar artist Şəhriyar İmanovun ifasında məşhur əsərlərimiz səsləndirilib. Həmçinin “Azərbaycan mirvarisi” ansamblı milli rəqslərimizi ifa edib. Ansamblın bədii rəhbəri Nailə Məmmədzadədir. Bundan başqa, müğənni Rafael Hacıyev bir sıra mahnılar ifa edib.

Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək zəngin mədəniyyətimizin və incəsənətimizin təbliğinə və təşviqinə verdikləri böyük töhfəyə görə Azərbaycan sənət ustalarına, göstərdikləri böyük marağa görə isə iştirakçılara minnətdarlıq edib. O, bu cür konsert proqramlarının ənənəvi olaraq təşkil edilməsinin əhəmiyyətini vurğulayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 2019 11:56 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə