Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC-də vahid tələbə kartı tətbiq olunacaq

UNEC-də “Vahid tələbə kartı”nın təqdimatı keçirilib.

Tədbirdə UNEC-in rektoru, professor Ədalət Muradov, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri, bankın nümayəndələri və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.

Rektor Ədalət Muradov layihə ilə bağlı UNEC-də iki il öncədən hazırlıqlara başlanıldığını diqqətə çatdıraraq, UNEC-in Mərkəzi Bank tərəfindən layihənin tətbiqi məqsədilə pilot universitet kimi seçildiyi üçün bankın rəhbərliyinə təşəkkürünü bildirib. “Vahid tələbə kartı”nın üstünlüklərindən danışan Ə.Muradov bildirib ki, tələbələr eyni kartla təhsil müəssisəsinə və kitabxanaya giriş əldə etməklə yanaşı, təqaüdlərin alınmasında, nəqliyyatda, habelə ölkədaxili və xarici ticarət şəbəkələrində nağdsız ödənişlər apara biləcəklər.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev layihənin ilk dəfə məzunu olduğu Azərbaycan Dövlət İqtisad Universitetində tətbiqindən məmnunluğunu ifadə edərək, bu ali təhsil müəssisəsinin  son illər innovativ layihələri ilə ölkənin ən aparıcı ali təhsil müəssisələrindən biri olduğunu vurğulayıb. A.Quliyev Azərbaycan Prezidentinin 26 sentyabr tarixli fərmanı ilə təsdiqlənən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın strateji istiqamətləri və icra tədbirləri barədə danışıb. Bildirib ki, Dövlət Proqramı çərçivəsində təsdiqlənən tədbirlər planına əsasən, təhsil müəssisələrinin nağdsız ödənişə cəlb olunması prioritet istiqamətlərdən biri kimi seçilib. A.Quliyev tələbələr arasında smart kartlardan istifadənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsinə və ölkədə rəqəmsal ödəniş mühitinin formalaşmasına dəstək olacağını vurğulayıb.

Sonra Mərkəzi Bankın strateji partnyoru, rəqəmsal ödənişlər sahəsində geniş təcrübəyə malik olan “Mastercard” şirkətinin regional direktoru Süleyman Sözeri vahid tələbə kartları ilə bağlı təqdimatla çıxış edib. Şirkət rəsmisi qonşu dövlətlərin tətbiq etdiyi tələbə smart kartları və bu istiqamətdə beynəlxalq təcrübəni paylaşıb.

Təqdimatdan sonra təkliflər səsləndirilib və suallar cavablandırılıb.

 

Elnarə Ömərova

25 2019 11:49 - TƏHSİL
TƏHSİL
17 Sentyabr 2019 | 12:12
Yeni dərs ili başlandı

Köhnə versiyamızdan xəbərləri izlə