Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynada festivalın təşkilatçılığı soydaşlarımıza həvalə olunub

Ukraynada festivalın təşkilatçılığı soydaşlarımıza həvalə olunub

Avqustun 24-də Kiyevdə Müstəqillik Günü münasibətilə keçiriləcək festivalın təşkilatçılığı Ukraynadakı Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinə həvalə edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, mərkəzin bununla bağlı təqdim etdiyi layihə müsabiqədə qalib gəlib. Qeyd edək ki, ötən il də bu tədbiri mərkəz təşkil etmişdi.

30-dan artıq xalqın nümayəndələrinin qatılacağı festivalda Azərbaycan mədəniyyəti mahnı, rəqs və filmlərlə təmsil olunacaq.

Mərkəz, eyni zamanda, qarşıdakı aylarda ölkədəki gürcü icması, eləcə də Türkiyə, Ukrayna və Azərbaycanla iki müştərək beynəlxalq layihəni gerçəkləşdirməyə hazırlaşır.

 

Samirə Əliyeva,
“Xalq qəzeti”

25 2019 11:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə