Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tehran PUA-nın İran ərazisi üzərində vuruldğunu bildirir

Tehran PUA-nın İran ərazisi üzərində vuruldğunu bildirir

Tehran regionda vəziyyətin sabitləşməsi barədə dialoqa hazırdır və ümid edir ki, BMT baş katibi Antoniu Quterreş bu prosesdə vasitəçi rolunu oynaya biləcək.

Bunu jurnalistlərə İranın BMT yanında daimi nümayəndəsi Məcid Təxt-Rəvançi deyib.

M.Təxt-Rəvançi bildirib: "Regionun təhlükəsizliyi üzrə real dialoqa ehtiyac var. Biz belə dialoqa hazır olduğumuzu artıq bildirmişik və Baş katibdən bu dialoqa dəstək verməsini xahiş etmişik. BMT bu böhrandan çıxış yolu axtarışında aparıcı rol oynamalıdır".

Diplomat əlavə edib ki, ABŞ-a məxsus pilotsuz uçuş aparatının İranın hava məkanında vurulduğunu təsdiq edən materialları A.Quterreşə verib.

 

“Xalq qəzeti”

25 2019 11:00 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə