Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir

Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Monteneqronun Baş Naziri Duşko Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov bu səfərin ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sədr Azərbaycanla Monteneqro arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. 
Əlaqələrimizin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edən Oqtay Əsədov bildirib ki, yüksəksəviyyəli səfərlər və görüşlər zamanı aparılan danışıqlar, əldə olunmuş razılaşmalar, imzalanmış sənədlər əməkdaşlığımızın hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradır.
Sədr deyib ki, Azərbaycan son illər Cənubi Qafqazda iri layihələr həyata keçirir. Monteneqro da Cənub Qaz Dəhlizinin iştirakçılarından biri kimi bu sahədə Azərbaycanla əməkdaşlıq edir. Siyasi əlaqələrimiz yüksək səviyyədə olsa da, ticari sahədə əlaqələrin inkişaf etdirilməsinə ehtiyac var. Monteneqro hökumətinin Azərbaycanda diplomatik nümayəndəlik açması sevindirici haldır və qarşılıqlı münasibətlərin inkişafına öz töhfələrini verəcək.
Milli Məclisin Sədri beynəlxalq təşkilatlarda ölkəmizə verdiyi dəstəyə görə Monteneqro dövlətinə təşəkkürünü bildirib.
Baş Nazir Duşko Markoviç Azərbaycanda onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O, iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. 
Qonaq Azərbaycan şirkətlərinin Monteneqroya böyük investisiyalar yatırdığını və bunun turizmin inkişafına güclü dəstək verdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hər zaman onun yanındadır.
Söhbət zamanı parlamentlərarası əlaqələrin, iqtisadi, mədəni, turizm sahələrində münasibətlərin inkişafı barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC

25 2019 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə