Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır

Yekaterina Zaxaryeva: Bolqarıstan Azərbaycanla strateji tərəfdaşdır

İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Bolqarıstanın Baş Nazirinin müavini və xarici işlər naziri Yekaterina Zaxaryevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 
Sədr ölkələrimiz arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayıb. Bildirilib ki, bu yaxınlarda Bakıda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sessiyasında təşkilata sədrlik Azərbaycandan Bolqarıstana keçib. Bu tədbirlə əlaqədar Bolqarıstan parlamentinin sədri ölkəmizdə səfərdə olub. 
Vurğulanıb ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə yüksəldib. 2015-ci ilin martında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu günədək ölkələrimiz arasında imzalanmış 68 sənəd münasibətlərimizin hüquqi bazasını təşkil edir. 
Sədr parlamentlər səviyyəsində münasibətlərimizin təqdirəlayiq olduğunu söyləyərək, hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, nümayəndələrimiz müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər.
Yekaterina Zaxaryeva Bolqarıstanla Azərbaycanın strateji müttəfiq olduqlarını vurğulayaraq, ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, ölkələrimiz arasında mövcud olan yüksək siyasi dialoq iqtisadi sahədə də canlanma yaratmaq üçün yaxşı zəmin yaradır. 
Qonaq dövlətlərarası münasibətlərdə qarşılıqlı səfərlərin önəmindən danışaraq Prezident İlham Əliyevin 2015-ci ildə Bolqarıstana səfərinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, son dövrdə iqtisadi sahədə artımlar müşahidə olunmaqdadır. Bu ilin mayında Bolqarıstanda Yunanıstan və Bolqarıstan Baş nazirlərinin iştirakı ilə qaz İnterkonnektorunun (İGB) təməlqoyma mərasimi baş tutub. Bu, Azərbaycan qazının Bolqarıstana və Avropa ölkələrinə nəql edilməsi üçün atılan mühüm addımlardan biridir. “Biz Azərbaycanın bu sahədəki rolunu yüksək qiymətləndiririk. Hesab edirik ki, gələcəkdə nəqliyyat, kənd təsərrüfatı, İKT, turizm sahələrində də böyük uğurlara imza ata bilərik”, - deyə o qeyd edib.

 

AZƏRTAC

25 2019 01:03 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə