Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib

Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib

İyunun 24-də Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dövlət Xidmətləri Forumu çərçivəsində BMT-nin dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi olub. 
Mükafatların təqdim edilməsi mərasimində BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Alia El Yassir iştirak ediblər. 
Beş fərqli kateqoriya üzrə mükafatların builki qalibləri Keniya, Braziliya, Avstraliya, İndoneziya, Argentina, Portuqaliya, Tailand, Kosta Rika, Koreya Respublikası, Çili və Avstriya olub. 

AZƏRTAC

25 2019 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə