Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADNSU-nun rektoru Ukraynada Neft-Qaz Forumunda iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 5-6 sentyabr tarixlərində Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetində keçirilən Neft-Qaz Forumunda iştirak edir. Sahə rəhbərləri qoşulan bu elmi-texniki tədbirdə Neft-Qaz Sərgisi də təşkil olunub. Səfər çərçivəsində universitetlər arası ikili diplom haqqında müqavilənin imzalanması və Ukrayna-Azərbaycan Mərkəzinin açılışı  nəzərdə tutulub.

Qeyd edək ki, iki təhsil müəssisəsi arasında əməkdaşlıq 2017-ci ilin oktyabr ayından başlayıb və uğurla davam edir.

  Ukrayna-Azərbaycan Mərkəzi açılıb

Ukraynada səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetində Ukrayna-Azərbaycan Mərkəzinin açılışında iştirak edib.

Tədbirdə Beynəlxalq Təhsil Dövlət Mərkəzinin direktoru Y.A.Şapovalova Ukrayna Təhsil Nazirliyini təmsil edib.

İki dövlətin himnləri səsləndirilib və rəmzi lent kəsilib. Mərasimdə Y.A.Şapovalova, Poltava Milli Texniki Universitetinin rektoru, professor V.A.Onişşenko, professor Mustafa Babanlı və azərbaycanlı tələbələrin nümayəndəsi çıxış ediblər.

Sonra universitetlər arası ikili diplom haqqında müqavilə imzalanıb.

 ADNSU  İctimaiyyətlə Əlaqələr və Marketinq Departamenti

 

7 2018 14:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə