Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bir ailənin 3 jurnalistindən bəhs edən kitab

Bir ailənin 3 jurnalistindən bəhs edən kitab

Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində tanınmış jurnalist Kamil Məhərrəmoğlunun "Xatirələr işığında" kitabının təqdimat mərasimi keçirildi.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov toplantını giriş sözü ilə açaraq bildirdi ki, jurnalist Kamil Məhərəmoğlu 60 yaşına məsuldar və ciddi yaradıcılıqla gəlib. Onun sayca dördüncü kitabı olan yeni çpdan çıxmış “Xatirələr işığında” toplusu da müəllifin onillərin arxasında qalmış şirinli-acılı, ümidli-nisgilli, bəhrəli-itkili ömrünün ictimai önəm daşıyan   hadisə və faktlarını həyat hesabatı kimi oxuculara təqdim edir.

AMŞ sədri daha sonra qeyd etdi ki, bu kitabı 3 jurnalistin—ata Məhərrəm Məmmədovun, böyük qardaş, tanınmış jurnalist, BDU-nun professoru Allahverdi Məmmədlinin və kiçik qardaş, Azərbaycan Teleradiosunun məsul əməkdaşı Kamil Məhərrəmoğlunun həyatından bəhs edən sənədli povest də adlanmırmaq olar. Kitabda Naxçıvan və ölkənin media həyatının genis əksini tapması onu jurnalistikaya aid canlı qaynaq kimi də nəzərdən keçirməyə imkan verir.

AMŞ sədri Əflatun Amaşov  Kamil Məhərrəmoğlunu yaradıcılıq uğurları və 60 yaşının tamam olması münasibətilə səmimi təbrik etdi.

Ahıl Jurnalistlər Məclisinin sədri Məzahir Süleymanzadə 60 yaşlı Kamil Məhərrəmoğlunun təntənəli surətdə bu quruma üzv qəbul edildiyini bildirdi və AJM-in xatırə hədiyyəsini ona təqdim etdi.

Mərasim iştirakçılarından qocaman şair Oqtay Rza, akademik Muxtar İmanov, professorlar Nəsir Əhmədli, Leyla Gərayzadə, Əli Əlirzayev, jurnalistlər Şəfəq Əlixanlı, Tahir Aydınoğlu, QHT qurumu rəhbərləri Rasim Məmmədov və  Dilarə Nağıyeva, digər çıxış edənlər Kamil Məhhərrəmoğlunu yeni kitabının nəşri və 60 yaşının tamam olması münasibətilə təbrik etdilər, qarşıdakı illərdə ona möhkəm cansağlığı və daha məhsuldar yaradıcılıq arzu etdilər.

Məclisdə Azərbaycana 3 jurnalist bəxş etmiş Məmmədovlar ailəsinin böyük Cəlil Məmmədquluzadəni ictimai-mədəni mübarizəyə qanadlandırmış, bir çox ziyalıları ilə tanınmış Naxçıvanın məşhur Nehrəm kəndinə başucalığı gətirməsi vurğulandı, gənc nəslə belə örnəklərin çatdırılmasının önəmi qeyd olundu.

Sonda Allahverdi və Kamil Məmmədli qardaşları həmkarlarının, ictimaiyyət təmsilçilərinin diqqətinə və xoş sözlərinə görə minnətdarlıqlarını ifadə etdilər.

 

T.RÜSTƏMOV,
“Xalq qəzeti”

24 2019 18:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə