Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı fotoqrafın gözü ilə Çernobil faciəsi

Azərbaycanlı fotoqrafın gözü ilə Çernobil faciəsi

Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının nüvə reaktorunda baş vermiş  qəza  bəşər tarixinə dəhşətli  qəzalardan biri kimi daxil olub.  Bununla əlaqədar azərbaycanlı  fotoqraf  Orxan Əzimin Çernobılda çəkdiyi fotolardan ibarət sərgi Bakıda təqdim edilib.

Çernobılı qəzadan sonra  fotoların dili ilə təqdim edən fotoqrafın əsərləri maraqla qarşılanıb. Çəkdiyi fotolarla bağlı təəssüratlarını dilə gətirən  müəllif qeyd edib ki,  ölü şəhərdə sanki zaman dayanıb. Şəhərin indiki simasını əks etdirən fotolarla faciənin bir şəhərin necə yerlə-yeksan etməsi əks etdirilir.

Orxan Əzim bir dəfə də olsa imkanı olanları faciə baş vermiş əraziyə səfər etməyə və  hər şeyi öz gözləri ilə görməyə çağırıb.

Qeyd edək ki, fotoqraf 2016-cı ildə bütün riskləri nəzərə alaraq,  Çernobıla səfər edib. Hadisənin 30 illiyində ilk dəfə olaraq Bakıda “Черно быль 30 лет” adlı sərgisi təşkil olunub.

Üzərindən bir neçə il keçdikdən sonra , çoxsaylı istəkləri nəzərə alan müəllif yenidən sərgini təkrar nümayiş etdirib.

Qeyd edək ki, Çernobıl qəzası 1986-cı il aprelin 26-da baş verib. Bu yaxınlarda ABŞ və Böyük Britaniyanın əməkdaşlığı nəticəsində həmin faciəni əks etdirən  “Çernobıl” çoxseriyalı filmi yayımlanıb və digər ölkələrdə olduğu kimi,  ölkəmizdə də film böyük maraqla izlənilir.

 

Əfsanə BAYRAMQIZI,
Şəkillər fotomüxbir Elşən AĞALARINDIR
“Xalq qəzeti”

24 2019 17:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə