Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da yay imtahan sessiyası davam edir

ATMU-da yay imtahan sessiyası davam edir

2018/2019-cu tədris ilinin yaz semestrinin  yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində imtahan qərargahı yaradılıb. Qərargaha rektor İlham Mədətov, Milli Məclis üzvü  Musa Qasımlı, KİV nümayəndələri və valideynlər daxildir.

ATMU-da 2018/2019–cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə keçirilən “Açıq qapı” da ali təhsil müəssəsəsinin rektoru İlham Mədətov iştirakçıları salamladıqdan sonra “elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi olmaq üçün oxumağın başlıca meyar olduğunu” diqqətə çatdırdı. “Uşağın qabiliyyəti, bacarığı nəyə çatarsa və istəyi nəyə olarsa, onu o sahəyə yönləndirməyin faydalı olduğunu” dedi.

ATMU-nun rektoru bildirdi ki, imtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ aradan qaldırılır. Qərargahın qaynar xətti 24 saat açıqdır.

Ümumi tanışlıqdan sonra tədbirdə iştirak edən universitetin rəhbərliyi, millət vəkili, valideynlər, müəllim və nəzarətçilər imtahanların gedişini izləmək  üçün imtahan zalına daxil oldular.

ATMU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyulun əvvəlində başa çatacaq.  Ali təhsil müəssisəsində Turizm və qonaqpərvərlik, Biznes idarəçiliyi və Xidmət mühəndisliyi fakültələri fəaliyyət göstərir.

 

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

24 2019 17:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə