Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Biləsuvarda avtomobil yolu yenidən qurulur

Biləsuvarda avtomobil yolu yenidən qurulur

Biləsuvar rayonunun Çaylı, Bağbanlar, Aranlı və Zəhmətabad kəndlərindən keçən avtomobil yolları Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, uzunluğu 13.2 km təşkil edən yol IV texniki dərəcəyə uyğun olaraq bərpa edilir.

Uzun illər istismar olunmasına baxmayaraq əsaslı şəkildə təmir olunmayan yol boyu qabarma və çökmələr mövcud idi, üstəlik yol geyimi dağılmış, torpaq yatağı güclü deformasiyaya uğramışdı. Bu üzdən 4 yaşayış məntəqəsinin 10 mindən çox əhalisi bəzən 10-15 dəqiqəlik məsafəni uzun müddətə qət etmək məcburiyyətində idilər. Sakinlər indi yol tikintisinin sürətindən və keyfiyyətindən xeyli razıdırlar.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 2019 17:28 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə