Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

VÖEN itirildikdə yenisi vergilər orqanı tərəfindən 2 günə verilir

VÖEN itirildikdə yenisi vergilər orqanı tərəfindən 2 günə verilir

Vergiödəyicisinin uçota alınmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən sonrakı 2 iş gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, bu zaman verilən nüsxənin üzərində şəhadətnamənin yeni nüsxə olması barədə müvafiq qeyd aparılır. Qeyd edilən sənədin nüsxəsinin verilməsi üçün ərizə elektron qaydada vergi orqanına təqdim edilə bilər. Xidmət ödənişsizdir.

VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün şəxsin özü və ya səlahiyyətli nümayəndəsi vasitəsilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsilə vergiödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək mümkündür.

Qeyd edilən sənədlər təqdim edildikdən sonra 1 gün müddətində qapalı zərfdə həmin şəxsə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrə məlumatları təqdim ediləcək.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

24 2019 17:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə