Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fikizi imkanları məhdud şəxslər üçün öznəməşğulluq proqramından yararlana bilərlər

Fikizi imkanları məhdud şəxslər üçün öznəməşğulluq proqramından yararlana bilərlər

BMTİP, Azərbaycan hökuməti əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqramının icrası üzrə müraciətlərin qəbulunu açıq elan edir. Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Bakı ofisindən bildirilib.

Əlilliyi olan şəxslər üçün özünüməşğulluq proqram  Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra edilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf  Proqramı tərəfindən dəstəklənən “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərininin yaradılması” texniki yardım layihəsinin tərkib hissəsidir.

Proqramın məqsədi öz bizneslərini qurmaq istəyi və potensialı olan 500 nəfər əlilliyi olan şəxsi dəstəkləməkdir. Proqram işsizlərə biznes ideyalarını həyata keçirməkdə kömək etmək üçün sahibkarlıq və məsləhət üzrə pulsuz təlimlər təqdim etməyi, onlara avadanlıq və ya materiallar şəklində dəstək göstərməyi nəzərdə tutur.

Proqram 2019-2020-ci illər üzrə Azərbaycanın Binəqədi, Sabunçu, Abşeron, Şamaxı, Göyçay, Zaqatala, Şəmkir, Bərdə, Füzuli rayonları və Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərində icra olunacaq. Proqramda qeyd edilən rayon və şəhərlərin məşğulluq xidmətlərində qeydiyyatdan keçmiş əlilliyi olan bütün işsiz şəxslər iştirak edə bilərlər.

Proqram namizədlərin sahibkarlıq barədə biliklərinin qiymətləndirilməsi və seçilməsi ilə başlanır. Nəzərdə tutulmuş  rayon və şəhərlərdə seçiləcək 700 namizədə sahibkarlıq haqqında məlumatlar veriləcək və iqtisadi cəhətdən əlverişli və davamlı biznes planları hazırlamaq üçün pulsuz təlim kursları təşkil ediləcəkdir.

Təlimi uğurla başa vurmuş və iqtisadi cəhətdən dayanıqlı biznes ideyası hazırlamış 600 namizədə müfəssəl biznes planın hazırlanmasında, eləcə də biznesə başlamaq üçün tələb olunan avadanlıqların və xammalın texniki xüsusiyyətlərinin müəyyən olunmasında dəstək göstəriləcək. Ən yaxşı biznes plana malik 500 namizədə yeni biznesin qeydiyyatdan keçirilməsində dəstək göstəriləcək və onlar natura formasında qrantla təmin olunacaqlar.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) layihənin icraçı orqanı kimi çıxış edir. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) layihə üzrə texniki yardım, potensialın inkişaf etdirilməsi və əməliyyət dəstəyi göstərir.

Qəbul olunan ərizələrə bu layihə çərçivəsində təyin edilmiş ƏƏSMN, BMTİP və layihədə iştirak edən digər tərəflərin nümayəndələrinin də daxil olduğu Qiymətləndirmə Komitəsi baxacaq və seçim meyarlarına uyğun olaraq seçilmiş namizədlər təlimlərə dəvət olunacaqlar.

Təlimlərdə iştirak edən və uğurlu biznes plan hazırlayan iştirakçılar avadanlıqlar və xammal şəklində dəstək almaq imkanı əldə edəcəklər.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

24 2019 16:56 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə