Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub

İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub

İyunun 22-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Baş Nazirin birinci müavini Yaqub Eyyubov, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev və nümayəndə heyətinin digər üzvləri “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüblər. 
AZƏRTAC xəbər verir ki, Atletlər Kəndində keçirilən görüşdə nümayəndə heyətinin üzvləri idmançılarla söhbət edib, onlara II Avropa Oyunlarında uğurlar arzulayıblar. 
Sonra Atletlər Kəndində yaradılan vəziyyətlə tanışlıq olub. 
Atletlər Kəndinin meri, Belarus təhsil nazirinin müavini Sergey Rudıy idmançıların yerləşdirilməsi, yaradılmış şərait barədə məlumat verib. O, Oyunların təşkilində azərbaycanlı mütəxəssislərin də xidmətindən istifadə olunduğunu vurğulayıb. 
İkinci Avropa Oyunlarının işıqlandırılması üçün Belarus paytaxtına ezam olunan Azərbaycan jurnalistlərinə müsahibə verən Leyla Əliyeva idmançılarımızın “Minsk 2019”da uğur qazanacaqlarına ümid etdiyini bildirib. İkinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə bağlı təəssüratlarını bölüşən Leyla Əliyeva deyib: “Açılış mərasimi əla keçdi. Mərasim təqribən üç saat davam etdi, lakin elə təəssürat yarandı ki, bu, sanki bir anda baş verdi. Belarusun bütün tarixini o qədər böyük sevgi ilə, elə gözəl təqdim etdilər ki, bu tamaşadan göz çəkmək mümkün deyildi. Əlbəttə, düşünürəm ki, bunları görəndən sonra hamı bu ölkəyə daha çox vuruldu”.
Sonda xatirə şəkli çəkdirilib. 

24 2019 12:40 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə