Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Son sərəncamlar 2 milyondan artıq vətəndaşın sevincinə səbəb oldu

Son sərəncamlar 2 milyondan artıq vətəndaşın sevincinə səbəb oldu

Prezident İlham Əliyevin bu günlərdə ­imzaladığı “Minimum aylıq əməkhaqqının artırılması haqqında” sərəncam əhalinin rifah halının yaxşılaşdırılması məqsədi daşıyır və respublika ictimaiyyəti tərəfindən, həqiqətən də, əsl inqilabi addım kimi qiymətləndirilir. Bu addımı cənab Prezidentin 2019-cu ilin əvvəlindən bəri həyata keçirdiyi sosial islahatlar paketinin ikinci və daha böyük hissəsi kimi qəbul edirik. 

Birinci növbədə onu deməliyik ki, Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfə dövlət başçısı kimi içdiyi anda, verdiyi vədə bu gün də sadiq qaldığını, yəni hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi. Əhalinin maddi gəlirlərinin davamlı şəkildə çoxalması, əməkhaqqı, pensiya və müavinətlərin, eləcə də büdcədən maliyyələşən insanlara, tələbələrə, müəllimlərə ödənilən vəsaitlərin çox tez-tez və əhəmiyyətli şəkildə artırılması fikrimizi təsdiq edən təkzibedilməz dəlillərdir.
Şübhəsiz ki, bu sərəncamlar ölkədə həyata keçirilən sürətli sosial-iqtisadi inkişaf siyasəti nəticəsində imzalanır. Bu siyasət də Prezident İlham Əliyev tərəfindən formalaşdırılır və uğurla reallaşdırılır. Nəticədə Azərbaycanın iqtisadi uğurları ölkə vətəndaşlarının maddi rifahının yüksəlməsinə xidmət etmiş olur. 
Prezidentin 18 iyun 2019-cu il tarixli sərəncamı -- minimum əməkhaqqı məbləğinin 250 manata qaldırılması İlham Əliyevin ölkədə insan amilinə böyük önəm verdiyini,  əhalinin rifahının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atdığını və əslində bu məsələni dövlət siyasəti səviyyəsinə qaldırdığını göstərir. Bu siyasət isə əhali tərəfindən razılıqla və minnətdarlıqla qarşılanır. Təsadüfi deyildir ki, son sərəncamlar müəllimlərdən tutmuş hərbi qulluqçulara, sərhəd və gömrük işçilərinə, özəl və dövlət sektorunda çalışanlara qədər 2 milyondan artıq vətəndaşın əməkhaqqının artmasına səbəb olub. Bu, Prezident-xalq birliyinin monolitliyini, sarsılmazlığını göstərir. 
İnanırıq ki, dövlətimizin başçısı bu siyasətini hakimiyyətdə olduğu bütün müddət ərzində inamla davam etdirəcək və xalqımız da bu siyasəti davamlı ­olaraq dəstəkləyəcək...

 

Məhərrəm ZÜLFÜQARLI, 
tarix üzrə fəlsəfə doktoru

 

24 2019 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə