Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət başçısının qayğısı yüksək dəyərləndirilir

Dövlət başçısının qayğısı yüksək dəyərləndirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması ilə bağlı sərəncamı ölkə ictimayyətində dərin razılıq hissi ilə qarşılanıb. “Optimist” Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyi İdarə Heyətinin sədr müavini Habil Niftalı dövlət başçısının minimum əmək haqlarının artırılması haqqında imzaladığı sənədə münasibətini bildirərkən deyib: 

– Düşünürəm ki, möhtərəm Prezidentimiz İlham Əliyev yeni sosial islahatlar paketinə imza atmaqla, bir daha ölkə əhalisinə böyük diqqət və qayğısını nümayiş etdirib. Bu addım xalq arasında böyük ruh yüksəkliyi ilə qarşılanıb. 
Reallıq budur ki, Azərbaycan dövləti son vaxtlar ölkədə sosial problemlərin həlli, vətəndaşların rifah halının yüksəldilməsi üçün mümkün olan hər şeyi edir. Bununla da, Azərbaycan iqtidarı bir daha nəinki regionda, o cümlədən, beynəlxalq aləmdə insan amilinə yüksək dəyər verdiyini sübut edir.
Fikrimcə, dövlət başçısının təşəbbüssü və rəhbərliyi ilə görülən geniş miqyaslı işlər ölkəmizdə sabitliyin, iqtidar-xalq birliyinin sayəsində mümkün olub. Xalqımız öz müdrik liderinin Azərbaycanın parlaq gələcəyinə xidmət edən müdrik siyasətini tamını dəstəkləyir və bundan sonra da hər zaman dəstəkləyəcək. 
Bir məqamı da vurğulamaq istəyirəm. Azərbaycan Prezidentinin sərəncamı ilə dövlət büdcəsindən maliyyələşən işçilərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin əməkdaşlarının vəzifə maaşları bu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılacaq. Bu xəbər, əlbəttə, biz vətəndaş cəmiyyəti fəallarını çox sevindirib. Bu sahədə çalışan hər kəs dövlətimizin bu qayğısını yüksək dəyərləndirir. 

 

M.HACIXANLI,
“Xalq qəzeti”

 

24 2019 12:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə