Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı

2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini  tapdı

2019-cu il Azərbaycan tarixinə sosial müdafiə və sosial rifah ili kimi daxil oldu. Əhalinin sosial müdafiəsinin daha da güclənməsi ilə xarakterizə olunan bu ilin ilk ayından atılan addımlar, imzalanan fərman və sərəncamlar insan amilinin Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq etdi. Sevindirici haldır ki, 2017-ci il iqtisadiyyatımızın sabitləşməsi, 2018-ci il iqtisadi inkişaf kimi xalqımızın tarixinə düşdüsə, 2019-cu il sosial inkişaf və rifah ili kimi öz təsdiqini tapdı.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin elm və innovasiylar üzrə prorektoru Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin 2019-cu il 18 iyun tarixli sərəncamı ilə sentyabrın 1-dən minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılması ölkədə həyata keçirilən siyasətin mərkəzində insan amilinin olduğunu bir daha sübut etdi. 
“Azərbaycan dövlətinin sosial iqtisadi inkişafına uyğun, dövlət büdcəsinin imkanlarına uyğun həyata keçirilən inqilabi islahatlar həm də təsdiq etdi ki, ölkəmizin güclü iqtisadi imkanları var. Bu gün sosial sahədə atılan addımların təməlində isə ulu öndər Heydər Əliyev siyasi məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları dayanır”, – deyə P.Kərimzadə qeyd edib.

 

24 2019 12:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə