Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sosial müdafiə prioritet təşkil edir

Sosial müdafiə prioritet təşkil edir

Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi siyasətdə əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi prioritet vəzifələrdən biridir.İyunun 18-də dövlət başçısının sərəncamları ilə minimum əməkhaqqının 250 manata qədər artırılması, eləcə də müxtəlif kateqoriyalar üzrə maaşların artırılması bu faktı bir daha təsdiqləyir. Ölkəmizin iqtisadi inkişafı insanların sosial rifahının yüksəlməsi ilə müşayiət olunur... Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva dedi.

Deputat bildirdi ki, son 16 ildə sosial-iqtisadi sferadakı sürətli inkişaf, həmçinin xarici siyasətdəki uğurlar respublikamızı dünyanın inkişaf etmiş ölkələri sırasına qoşub. Onun sözlərinə görə, əhalinin sosial rifahının yüksəldilməsi dövlət başçısının xüsusi önəm verdiyi sahələrdəndir. Bu istiqamətdə davamlı olaraq zəruri addımlar atılır, mühüm əhəmiyyətli sərəncam və fərmanlar imzalanır: “Əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən geniş proqramlar, şəhid ailələrinə, əllillərə, müharibə veteranlarına göstərilən qayğı, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar cəmiyyətin rifah halının yaxşılaşmasına yönəlmiş tədbirlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın nümunəvi Azərbaycan modeli formalaşıb və sosial inkişaf məsələləri də dövlət siyasətinin prioritetləri sırasındadır. Dövlət başçısının vurğuladığı kimi, ölkəmizdə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Son vaxtlar Prezident İlham Əliyev tərəfindən sosial siyasət sahəsində atılan addımları xüsusi vurğulayan S.Fətəliyeva dedi ki, dövlət başçısının şəhid ailələrinin üzvləri ilə görüşməsi, torpaqlarımızın müdafiəsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin ailə üzvlərinə, onların vərəsələrinə 11 min manat məbləğındə birdəfəlik ödəmənin verilməsi haqqında fərman imzalaması, şəhid ailələrinə verilən pensiyaların məbləğinin artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün yeni qəsəbələrin tikintisi, minimum əməkhaqqının və minimum pensiyanın artırılması məhz ölkəmizdə həyata keçirilən uğurlu sosial siyasətin əhəmiyyətini bir daha təsdiqləyir. 
Dövlət başçısının problemli kreditlərin həlli ilə bağlı verdiyi qərarı xatırladan deputat bunun da vətəndaşlarda böyük məmnunluq hissi doğurduğunu bildirdi: “ Bu faktlar bir daha təsdiqləyir ki, dövlət vətəndaşları narahat edən məsələlərin həllinə daim diqqətlə yanaşır”.

 

Söhbəti qələmə aldı:
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

 

24 2019 12:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə