Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Göygöl Rayon Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilib

Göygöl Rayon Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilib

23 iyun - dövlət qulluqçularının peşə bayramı günü ərəfəsində Dövlət Statistika Komitəsinin Göygöl Rayon Statistika İdarəsinin yeni inzibati binası istifadəyə verilib.
Müasir inzibati bina Prezident İlham Əliyevin 2018-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq edilmiş “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı” çərçivəsində inşa olunub. Açılış mərasimində Dövlət Statistika Komitəsinin və Göygöl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov ilk dəfə olaraq rayonda Statistika İdarəsi üçün tikilmiş binanı əməkdaşlar üçün əlamətdar hadisə kimi dəyərləndirib, idarə əməkdaşlarının gələcək fəaliyyətində onlara uğurlar arzulayıb.
Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov isə bildirib ki, respublikamızda rəsmi statistikanın inkişafına dair uğurla icra olunan dövlət proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın gücləndirilməsi məqsədilə son 10 ildə 30-dan çox rayon və şəhər statistika idarəsi üçün yeni inzibati bina tikilib. Bütün görülən işlər Prezident İlham Əliyevin milli statistika sisteminin inkişafına olan diqqətinin əyani təzahürüdür. 
Çıxışlarda yeni binanın tikintisi və burada yaradılan bütün zəruri şəraitə görə ölkə başçısına minnətdarlıq ifadə olunub. 
Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar. Məlumat verilib ki, hər birinin sahəsi 394 kvadratmetr olan 2 mərtəbəli inzibati bina müasir tələblərə cavab verir. Binada iclas zalı, kitabxana, məsləhətçilər üçün kabinetlər yaradılıb. Hər bir otaq kompüter texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.

 

AZƏRTAC

24 2019 12:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə