Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası DİN-in Abşeron Rayon Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Azərbaycan Respublikası DİN-in Abşeron Rayon Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR:

Tender 2 lot üzrə keçirilir. 
Lot -1. Azərbaycan Respublikası DİN-in Abşeron Rayon Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması.
• Lot -2. Dəftərxana və təsərrüfat mallarının satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu  Abşeron rayonu, Xırdalan şəhəri,  H.Əliyev prospekti,  Abşeron Rayon Polis İdarəsinin  inzibati binasından (əlaqələndirici şəxs – Rəhman Musayevdən,  telefon - 0502207959) ala bilərlər.
• İştirak haqqı hər lot üçün 50 manatdır.
Bank rekvizitləri-
• H/h- AZ83CTRE00000000000002078501
• VÖEN-1700215291, fond - 3. BTK -142319
• Bank- Dövlət Xəzinədarlıq Agentliyi
• VÖEN- 1401555071
• Kod- 210005
• M/h- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T: CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 29 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 6 avqust 2019-cu il saat 17.00-a qədər Abşeron rayonu, Xırdalan şəhəri,  H.Əliyev prospekti, Abşeron Rayon Polis İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 7 avqust 2019-cu il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, Abşeron Rayon Polis İdarəsinin  inzibati binasında açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

23 2019 12:20 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 İyul 2019 | 11:06
BİLDİRİŞ
17 İyul 2019 | 11:05
BİLDİRİŞ
17 İyul 2019 | 11:02
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə