Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ATMU-da yay imtahan sessiyası davam edir

ATMU-da yay imtahan sessiyası davam edir

2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası ərzində şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) imtahan qərargahı yaradılıb.
Qərargaha rektor İlham Mədətov, Milli Məclisin deputatı Musa Qasımlı, media nümayəndələri və valideynlər daxildir.
Universitetdə 2018/2019–cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişini izləmək məqsədilə keçirilən “Açıq qapı”da rektor İlham Mədətov elmin incəliklərinə bələd olmaq, seçdiyi peşənin gələcəkdə layiqli mütəxəssisi kimi yetişmək üçün oxumağın başlıca meyar olduğunu diqqətə çatdırıb. Rektor, həmçinin bildirib ki, imtahanlarda səffaflığı qorumaq, neqativ hallara imkan verməmək üçün qərargaha daxil olan hər bir şikayət araşdırılır, imtahanların təşkilində və gedişində baş verən nöqsanlar operativ şəkildə aradan qaldırılır. Qərargahın qaynar xətti 24 saat açıqdır.
Ümumi tanışlıqdan sonra universitetin rəhbərliyi, valideyn, müəllim və nəzarətçilər auditoriyalarda imtahanların gedişini izləyiblər.
ATMU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyası iyulun əvvəlində başa çatacaq.

 

V.BAYRAMOV, “Xalq qəzeti”

24 2019 12:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə