Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zərdabda Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib

Zərdabda Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib

Zərdabda Dövlət Statistika Komitəsinin sifarişi ilə inşa olunan rayon Statistika İdarəsi üçün yeni inzibati bina istifadəyə verilib. Doqquz otaqdan ibarət ikimərtəbəli bina “Araz  İnşaatçı” MMC tərəfindən tikilib. Müasir arxitektura üslubunda inşa olunan binada idarənin işçiləri üçün bütün lazımi şərait yaradılıb. 
İyunun 22-də rayon Statistika İdarəsinin yeni inzibati binanın açılışı olub. Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev mərasimdə çıxış edərək 23 iyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü ərəfəsində belə bir binanın istifadəyə verildiyini qeyd edib, bu münasibətlə idarənin işçilərini təbrik edib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər respublikamızın hər yerində olduğu kimi Zərdabda da həyata keçirilən sosial-iqtisadi layihələrdən, geniş tikinti-quruculuq və abadlıq işlərindən danışıb. 
Mərasimdə Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov, “Araz İnşaatçı” MMC-nin baş mühəndisi İlham İmanov çıxış edərək yeni inzibati binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyiblər. 
Sonra binanın tikintisində fəallıq göstərən Nazim Babaşova hədiyyə verilib. İştirakçılar yeni inzibati binada yaradılan şəraitlə tanış olublar.  

 

AZƏRTAC

24 2019 12:17 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə