Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Həftəsonu neftin qiyməti belə oldu

Həftəsonu neftin qiyməti belə oldu

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. 
Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,51 faiz artaraq bir bareli 65,15, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1,2 faiz artaraq bir bareli 57,51, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,6 faiz artaraq bir bareli 66,81 dollar olub.
Dünya bazarında “qara qızıl”ın qiymətinin artması neft hasil və ixrac edən ölkələrin milli valyutalarına da müsbət təsir edib. Dollara nisbətdə onlar möhkəmləniblər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”
 

 

24 2019 12:15 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə