Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə və İran XİN rəhbərləri İsfahanda görüşüblər

İki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üzrə tövsiyələr planı təsdiq edilib

Türkiyə və İran XİN rəhbərləri İsfahanda görüşüblər

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İrana işgüzar səfəri çərçivəsində həmkarı Məhəmməd Cavad Zərif ilə görüşüb. Xəbəri “Anadolu” agentliyi yayıb. 
Məlumatda deyilir ki, danışıqlar əvvəlcə nümayəndə heyətləri arasında geniş tərkibdə keçirilib. Bundan sonra nazirlərin təkbətək görüşü olub. 
Görüşün sonunda nazirlər iki ölkə arasında regional və beynəlxalq sahələrdə əməkdaşlığın gücləndirilməsi üzrə tövsiyələr planını təsdiq ediblər. Danışıqların figər təfərrüatları barədə məlumat verilmir. 
“Anadolu” müxbiri həmçinin yazır ki, Türkiyənin siyasət idarəsinin rəhbərinin İsfahana səfəri İran tərəfinin təşəbbüsü ilə baş tutub. 
Qeyd etmək lazımdır ki, son günlər ABŞ-İran münasibətləri son dərəcə kəskinləşib. Ümumiyyətlə, Yaxın Şərqdə, o cümlədən Fars körfəzi regionunda hər an silahlı toqquşmanın başlanması təhlükəsi yaranıb. 
Təsadüfi deyil ki, dünən Kremldə Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının üzvləri ilə Fars körfəzində yaranmış son vəziyyəti müzakirə edib. 
“TASS”-ın verdiyi məlumata görə, iclasda həmçinin Gürcüstandakı son vəziyyət də gündəmdə olub. 

M.HACIXANLI, “Xalq qəzeti” 

24 2019 12:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR
20 İyul 2019 | 12:50
Gözlərinizi qoruyun
20 İyul 2019 | 12:23
Kürəkdəki ağrılar...
20 İyul 2019 | 12:20
Sarımsağı qovurub yeyin...

Köhnə versiyamızdan xəbərləri izlə