Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

KXDR-ə qarşı sanksiyaların müddəti uzadılıb

KXDR-ə qarşı sanksiyaların müddəti uzadılıb

“RİA Novosti”nin verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyaların müddətini daha 1 il artırıb.
Mənbə qeyd edir ki, Ağ ev Donald Trampın bununla bağlı xəbərdarlığını Konqresə göndərib. Qeyd edilir ki, dövlət başçısı 2008, 2010, 2011, 2015 və 2016-cı illərdə qəbul edilmiş sanksiyaları uzatmağı lazımlı hesab edir.
Sanksiyalar xüsusi halda nüvə materiallarının yayılmasına və Koreya Xalq Demokratik Respublikasının başqa hərəkətlərinə aiddir. ABŞ hesab edir ki, bunlar regionda sabitliyi pozur.
Qeyd edək ki, rəsmi Pxenyan ABŞ-ın KXDR-lə əlaqələrə olan yanaşması dəyişməyincə nüvəsizləşdirmə üzrə Vaşinqtonla danışıqları bərpa etməyin mümkün olmadığını düşünür.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

24 2019 12:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə