Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çinin 5 şirkəti “qara siyahı”ya salınıb

Çinin 5 şirkəti “qara siyahı”ya salınıb

"Huawei"dən sonra Çinin daha 5 şirkəti "qara siyahı"ya daxil edilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edilir ki, məhdudlaşdırıcı tədbirlərin tətbiq edildiyi təşkilatlara ABŞ mallarını almaq, xidmətlərdən istifadə etmək qadağan olunur. ABŞ-ın Ticarət Nazirliyinin “qara siyahısı”na "Chengdu Haiguang Microelectronics Technology", "Chengdu Haiguang Integrated Circuit", "Sugon", Higon" və Kompüter Texnologiyaları üzrə Çzyann Universiteti salınıb. 
Müəssisənin qara siyahısına düşənlər yüksək sürətli hesablamalara malik kompüter istehsalında liderlik edirlər. İndi ABŞ-da bu şirkətlərlə yalnız lisenziya almış firmalar əməkdaşlıq edə biləcəklər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

24 2019 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə