Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Birgə hərbi təlimlər

Birgə hərbi təlimlər

“Business İnsider” saytının yaydığı məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İordaniya “Güclü konstantalar” adlı birgə hərbi təlimlər keçirir.
Qeyd edilir ki, birgə hərbi təlimlərin əsas məqsədi regionun üzləşdiyi müxtəlif təhdidlərlə əlaqədar hər 2 ölkənin döyüş imkanlarının və hazırlıq səviyyəsinin yüksəldilməsidir. 
Bildirilir ki, bölgədə baş verən son hadisələrlə əlaqədar bu təlimlər böyük əhəmiyyət daşıyır. Bu hadisələr milli maraqların müdafiəsinin təminatı, Ərəb körfəzi ölkələrinin milli təhlükəsizliyinə zərər vurmağa yönəlmiş hər hansı cəhdin qarşısının alınması üçün döyüş hazırlığı ən yüksək səviyyədə olmalıdır.
Məlumatda qeyd edilir ki, BƏƏ və İordaniya region üçün indiki çağırışlara və təhlükələrə qarşı mübarizədə eyni baxışlara malikdir. Özü də hər ikisi İraq və Suriyada İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyanın fəal üzvləri olan bu ölkələr Yəmənin birliyini və təhlükəsizliyini sarsıtmağa çalışan terrorçu Husi dəstələri ilə qarşıdurmada Səudiyyə Ərəbistanı başda olmaqla ərəb koalisiyasında iştirak edirlər.

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

24 2019 12:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə