Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ifasında “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq

Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ifasında “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunacaq

Teatr sahəsinin bütün janrları və peşə istiqamətləri üzrə gənc istedadların dəstəklənməsi, kadr hazırlığı və əlavə təhsil sisteminin təkmilləşdirilməsi, xarici dövlətlərdə məqsədli təhsilin, müştərək layihələrin keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 18 may 2009-cu il tarixli 277 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tədbirlər planının 2.11 bəndinə əsasən (müvafiq proqram, saziş və müqavilələr çərçivəsində teatr sənəti ilə bağlı xarici ölkələrdə təhsilalma və əlavə təhsilin təşkili) Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Rusiyanın Y.Vaxtanqov adına  Dövlət Akademik Teatrının nəzdində B.Şukin adına Teatr İnstitutu  arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqaviləyə uyğun olaraq 2016-cı ildə B.Şukin adına Teatr İnstitutunda azərbaycanlı tələbələr üçün xüsusi aktyor-rejissor kursu yaradılmışdır. Tədris prosesi zamanı tələbələr bir neçə tamaşa səhnələşdirmişlər.

Bununla bağlı, bu gündən iyunun  27 –dək  Rusiyada təhsil alan bu tələbələrin ifasında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Qafqazsayağı təbaşir dairəsi” və “Ezop” tamaşaları nümayiş olunmağa başlayıb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 2019 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə