Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Çölçü” bədii filmi növbəti beynəlxalq mükafata layiq görülüb

“Çölçü” bədii filmi növbəti beynəlxalq mükafata layiq görülüb

“Çölçü” bədii filmi bu günlərdə ABŞ-da keçirilən “Depth of Field International Film Festival Competition 2019” film müsabiqəsinin “Art-House” proqramında iştirak edərək “Möhtəşəm mükafat”a (EXCEPTIONAL MERIT) layiq görülmüşdür.

Qeyd edək ki, rejissor Şamil Əliyevin Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanmışdır. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

22 2019 12:41 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə