Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İyunun 22-də gözlənilən hava şəraiti

İyunun 22-də  gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

İyunun 22-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 20-24, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim  şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında

İyunun 22-də hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

21 2019 17:01 - EKOLOGİYA
EKOLOGİYA
2 Noyabr 2019 | 16:48
Xəbərdarlıq

Köhnə versiyamızdan xəbərləri izlə