Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti artmağa başlayıb

Neftin qiyməti artmağa başlayıb

ABŞ Federal Ehtiyatlar Sistemi (FES)  uçot dərəcəsini illik 2,25-2,5 faiz saxlamaq və uyul ayında bir qədər azaltmaq barədə qərar qəbul etdikdən sonra dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başlayıb.

Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 3,27 faiz artaraq bir bareli 64,56, Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 3,1 faiz artaraq bir bareli 56,07, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 3,5 faiz artaraq bir bareli 66,10  dollar olub.

Qeyd edək ki, son iki həftə ərzində dünya bazarında neftin qiyməti 15 dollar aşağı düşmüşdü. Ekspertlər bildiriblər ki,iyul ayında da “qara qızıl”ın  qiyməti artmaqda davam edəcək.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

21 2019 16:29 - İQTİSADİYYAT
İQTİSADİYYAT
13 İyul 2019 | 17:10
Həftəsonu neftin qiyməti
1 İyul 2019 | 18:30
Yeni asteroid təhlükəsi

Köhnə versiyamızdan xəbərləri izlə