Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müəllimlərlə bağlı vacib xəbər

Müəllimlərlə bağlı vacib xəbər

İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.

Nazirlikdən bildirilib ki, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün miq.edu.az saytında qeydiyyatdan keçmək lazımdır.

Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan  vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 15:29 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə