Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb

Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 211099” markalı avtomobil “Qırmızı körpü” gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib. Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda – hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerində 2 min 600 ədəd “Marlboro” və 1000 ədəd “Parlament” markalı siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.

“Xalq qəzeti”

 

6 Sentyabr 2018 23:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə