Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsi aşağıdakı işlərin görülməsi və malların satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender 2 lot üzrə keçirilir. 
Lot -1. Azərbaycan Respublikası DİN-in Nəqliyyatda Baş Polis İdarəsində generatorların, qazanxana avadanlıqlarının, havalandırma və soyutma sistemlərinin texniki baxışı və təmiri işlərinin satın alınması.
 Lot -2. Dəftərxana və təsərrüfat mallarının satın alınması. 
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Suraxanı rayonu, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasından (əlaqələndirici şəxs- Tunc Mətanətdən, telefon - 0506776701) ala bilərlər.
İştirak haqqı hər lot üçün 50 manatdır.
Bank rekvizitləri-
H/h- AZ83CTRE00000000000002078501
VÖEN-1700215291, fond - 3. BTK -142319
Bank- Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN- 1401555071
Kod- 210005
M/h- AZ41NABZ01360100000000003944
S.W.İ.F.T: CTREAZ 22
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 24 iyul 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 2 avqust 2019-cu il saat 17.00-a qədər Bakı şəhəri, Suraxanı rayonu, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təklifləri 5 avqust 2019-cu il saat 15.00-da Bakı şəhəri, Suraxanı rayonu, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin inzibati binasında açılacaqdır. 
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər. 

 

Tender komissiyası

21 2019 11:48 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
19 Oktyabr 2019 | 02:04
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:03
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:03
B İ L D İ R İ Ş
19 Oktyabr 2019 | 02:02
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə